Çin səfirliyini terrorçu-kamikadze partladıb

© Sputnik / Табылды КадырбековÇin səfirliyini terrorçu-kamikadze partladıb
Çin səfirliyini terrorçu-kamikadze partladıb - Sputnik Azərbaycan
Abunə olmaq
Qırğızıstan baş nazirinin müavini Jeniş Razakov: "O, avtomobillə səfirliyin qapısını qıraraq içəri daxil olub və özünü partladıb"

BAKI, 30 avq — Sputnik. "Çin səfirliyinin binasında həyata keçirilən partlayışı terrorçu-kamikadze törədib. O, avtomobillə səfirliyin qapısını qıraraq içəri daxil olub və özünü partladıb".

Çinin Qırğızıstandakı səfirliyinin yanında partlayış olub - Sputnik Azərbaycan
Çinin Qırğızıstandakı səfirliyinin yanında partlayış olub

Sputnik Ria-ya istinadən xəbər verir ki, bunu Qırğızıstan baş nazirinin müavini Jeniş Razakov deyib. "Terrorçu-kamikadze "Mitsubiş Delik" avtomobilini idarə edib. Partlayış nəticəsində xəsarət alan hər 3 şəxs Qırğızıstan vətəndaşıdır", — deyə o bildirib.Какой то сильный взрыв внутри посольства КНР pic.twitter.com/4NS5fLxUAm

Həkimlər zərərçəkmişlərin çoxsaylı qəlpə yaraları ilə xəstəxanaya yerləşdirildiyini vurğulayıblar. Hadisə yerində şəhərin bütün təcili xidmət əməkdaşları çalışır, milis səfirlik olan ərazini mühasirəyə alıb.

Şahidlərin sözlərinə görə, partlayışın səsi və zərbə dalğası Bişkekin bütün cənub hissəsində eşidilib. Partlayış nəticəsində qonşu evlərdə və mağazalarda pəncərələr qırılıb.

Məlumata görə, hüquq-mühafizə orqanları hələ ki, avtomobildə olan şəxsin kimliyini müəyyən edə bilməyib.

Xəbər lenti
0