BAKI, 30 avq — Sputnik. Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə, Çin səfirliyi yanında partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Sputnik Haberler.com-a istinadən xəbər verir ki, bu barədə Şəhər Daxili İşlər İdarəsi məlumat yayıb. "Partlayışın terror olub-olmadığı hələlik məlum deyil. Qısa zaman sonra vəziyyət aydınlaşacaq", — deyə idarənin mətbuat katibi Oljobay Kazabayev bildirib.