Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Paralimpiyaçı: Bütün qüvvəmlə qələbə üçün çalışıram

© Photo : publika.azCüdo üzrə paralimpiya yığmamızın üzvü Səbinə Abdullayeva
Cüdo üzrə paralimpiya yığmamızın üzvü Səbinə Abdullayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Sentyabrın 7-dən Rio-2016 Paralimpiya oyunları start götürəcək. Azərbaycanı yarışda bir çox idman növündə paralimpiyaçılar təmsil edəcək.

BAKI, 30 avq — Sputnik. Braziliyanın Rio-de Janeyro şəhərində növbəti möhtəşəm oyunlar tezliklə başlayacaq. Belə ki, sentyabrın 7-dən Rio-2016 Paralimpiya oyunları start götürəcək. Azərbaycanı yarışda bir çox idman növündə paralimpiyaçılar təmsil edəcək.

Cüdo üzrə paralimpiya yığmamızın üzvü Səbinə Abdullayeva paralimpiya haqqında təəsüratlarını Sputnik-lə bölüşüb.

“Bu yarışa çox ciddi hazırlaşırıq. Ümid edirəm ki, zəhmətimizin bəhrəsini görəcəyik və ölkəmizə medalla qayıdacağıq. Hal- hazırda təlim məşq toplantılarımız davam edir. Mən bütün qüvvəmlə qələbə üçün çalışıram”, deyə Abdullayevə bildirib.

İdmançımız eyni zamanda digər paralimpiyaçıların yarışlarda çıxışından da danışıb: “Bütün idmançılar qələbə qazanmaq üçün əllərindən gələni edirlər. Hər kəs uğur qazanmaq istəyir. Ona görə də bütün idmançılar var qüvvələri ilə möhtəşəm idman yarışına hazırlaşır. İnanıram ki, bir çox idmançılarımız uğur qazanacaq və çox sayda medalla geri dönəcəyik.”

Xəbər lenti
0