Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İlqar Rəhimov: Paralimpiyaçılarımız Rio-ya qələbə üçün gedirlər

© Sputnik / Murad OrujovAzərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Rio-de-Janeyroya gedəcək paralimpiyaçılarla görüşüb.

BAKI, 30 avq — Sputnik. Bir neçə gündən sonra Rio-2016 Yay Paralimpiya Oyunları start götürəcək. İdmançılarımızın Rio-2016 Yay Oyunlarında qazandığı uğurlarını paralimpiyaçılar davam etdirəcək". Sputnik xəbər verir ki, bu sözləri Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Rio-de-Janeyroya gedəcək paralimpiyaçılarla görüşdə söyləyib. 

Milli Paralimpiya Komitəsinin prezidenti idmançıların oyunlara yüksək səviyyədə hazırlıq keçdiklərini dilə gətirib: "London-2012  Paralimpiya Oyunları başa çatdıqdan sonra biz yeni proqram üzrə hazırlığa start verdik. İdmançılarımız üçün hər cür şərait yaradıldı. Hazırlıqlara təlim-məşq toplanışları, beynəlxalq yarışlarda çıxışlar, maddi-texniki bazanın genişləndirilməsi və digər məsələlər daxil idi. Bu işlərin hamısı yüksək səviyyədə həyata keçirildi. Ona görə də paralimpiaya komitəsinin bütün əməkdaşlarına, məşqçi və idmançılara təşəkkür edirəm. Bizdə məşqçilərin sayı çoxdur. Təəssüflər olsun ki, baş məşqçilərin yalnız bəziləri Rio-de-Janeyroya bizimlə gedəcək. İdmançılarımız  Rioya qələbə üçün gedirlər.”

Komitənin prezidenti komandanın səfəri haqqında danışıb: "Milli komandamız sentyabrın 2-də yola düşür. Sentyabrın 5-də Paralimpiya Kəndində Azərbaycanın bayrağı qaldırılacaq. 2 gün sonra isə yarışın açılış mərasimi olacaq. Kapitanımız, bayraqdarımız  artıq 3-cü olimpiadadır ki, İlham Zəkiyev olacaq. Eyni zamanda açılış mərasimi üçün sürpriz hazırlamışıq. Komandamız 27 idmançıdan ibarətdir. İdmançıların 6-sı xanım, 21 i kişi idmançılardan ibarətdir. Lisenziya sayı isə 44-dür. London-2012 ilə müqayisədə 6 idmançı və 8 lisenziya çoxdur. Heyətimiz isə daha çox gənclərdən ibarətdir və bu gənclərin çoxu ilk dəfədir belə mötəbər yarışda iştirak edəcək. Komandamızın uğur qazanacağına inanıram.”

İlqar Rəhimov Azərbaycana verilən əlavə 3 lisenziyadan da söz açıb: "Qərar qəbul olundu ki, Rusiya yığması dopinq səbəbindənYay Paralimpiya Oyunlarına tam heyətlə buraxılmasın. İstərdik ki, Rusiya bizə rəqib olsun. Ancaq artıq qərar qəbul edilib. Bu səbəbdən, biz həmişə dopinq məsələsini gündəmdə saxlayırıq. İnanıram ki, öz idmançılarımız Braziliyada bu problemlə üzləşməyəcək. Hətta bir neçə idmançımızı burada bir müddət öncə yoxladıq və dopinq-testlərin nəticəsi mənfi çıxdı. Bu da bizi sevindirir."

Sonra İ.Rəhimov Belarusun paytaxtı Minskdə keçirilmiş festivalda paraşütdən tullanan xanım paralimpiyaçılara mükafatlar təqdim edib. 

Daha sonra paralimpiyaçıların "Biz qələbə üçün gedirik" adlı videoçarxı nümayiş etdirilib. Komitə prezidenti qeyd edib ki, həmin çarx oyunlar zamanı sosial şəbəkələrdə, şəhərdə manitorlarda, televiziyalarda nümayiş etdiriləcək.

Qeyd edək ki, Rio-2016 Paralimpiya Oyunları 7 — 18 sentyabrda keçiriləcək. 

Xəbər lenti
0