Bir neçə gündən sonra Rio-2016 Yay Paralimpiya Oyunları start götürəcək. Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Rio-de-Janeyroya gedəcək paralimpiyaçılarla görüşüb.
Görüş çərçəvəsində Azərbaycan paralimpiyaçıları ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi yad ediblər.
Sputnik-ə müsahibəsində ikiqat Paralimpiya çempionu İlham Zəkiyev hər kəsi oyunların açılışına baxmağa cağırıb. Onun sözlərinə görə, Azərbaycan yığması açılışda sürpriz edəcək.
"Sentyabrın 2-də biz uzaq Braziliyaya yola düşəcəyik. Bütün komandamız optimist əhval-ruhiyyədədir. Əminəm ki, hər şey əla olacaq və biz Olimpiadadan daha yaxşı nəicə göstərəcəyik. Xalqımız isə bizim üçün dua etsin", — deyə o bildirib.