Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İki idmançımız dünya çempionu oldu

© pixabay / patrickbrassard0Karate
Karate - Sputnik Azərbaycan
Abunə olmaq
"Arpaçay" klubunun üzvü Roman Heydərov və "Qaraqaplan" klubunun yetirməsi Rəvan Bağırov rəqiblərinə maksimal üstünlüklə qalib gəlib

BAKI, 29 avq — Sputnik. Kata üzrə Avropa üçüncüsü Roman Heydərov və 13 yaşlıların kumite yarışında çıxış edən Rəvan Bağırov Beynəlxalq Şotokan Karate-do Federasiyasının (SKİF) 12-ci dünya çempionatının qalibi olublar. Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, AMKF-in və SKİF-in Azərbaycan təşkilatının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə İndoneziyanın paytaxtı Cakartada mötəbər yarışa yollanan 3 idmançımızdan, "Arpaçay" klubunun üzvü R.Heydərov və "Qaraqaplan" klubunun yetirməsi R.Bağırov rəqiblərinə maksimal üstünlüklə qalib gəlib.

Qeyd edək ki, nüfuzlu yarışda 48 ölkədən 700-dək müxtəlif yaşlı karateçi iştirak edib.

Xəbər lenti
0