Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yeni gəlirli sənət - vergi orqanlarına "məlumat verən"

CC0 / Free-Photos / OfficeMəmur yoxlaması. Arxiv şəkli
Məmur yoxlaması. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Whistleblow" mexanizmi vergi sisteminin şəffaflığının artırılması və iqtisadiyyatın kölgə sektoru ilə mübarizəyə istiqamətlənib. Mükafatın həcmi dövlət büdcəsinə çatan məbləğdən asılıdır.

BAKI, 29 avq — Sputnik. Azərbaycanda "İctimai məlumatlandırma" institutu vergi sistemində islahatların aparılması və onun səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində yaradılıb.

Bu barədə Azərbaycanın Vergilər Nazirliyinin məlumatında qeyd olunub.

Belə ki, vergidən yayınan ödəyicilər üzərində ictimai nəzarət həyata keçirilməklə belə faktlar barədə vergi orqanına məlumat verən şəxslərin mükafatlandırılması nəzərdə tutulub. Mükafatın məbləği verilmiş məlumatlar əsasında büdcəyə ödətdirilmiş vergi məbləğlərinə uyğun müəyyənləşdiriləcək. Bu zaman vergi qanunvericiliyini pozan şəxslərlə bağlı faktlar ictimaiyyətin geniş surətdə məlumatlandırılması məqsədilə KİV-ə də təqdim ediləcək.

"Whistleblow" mexanizmindən (tərcümədə "Whistleblow" "fit zərbəsi" kimi səslənir. Dilimizdə onun açılışı "Vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma"dır) dünya təcrübəsində geniş istifadə olunur. Onun ölkədə tətbiq edilməsi vergi sisteminin şəffaflığının artmasına və Azərbaycan iqtisadiyyatındakı kölgə sektoru ilə mübarizənin güclənməsinə səbəb olacaq.

Maliyyə hesabatı - Sputnik Azərbaycan
Vergi ödəyicilərinin nəzərinə!
Biz qərb cəmiyyətində "məlumat verənlərə" olan münasibətlə tanış olacağıq.

ABŞ-da "məlumat ötürən" ictimai şüuru cəmiyyətin rifahına xidmət edəcək qədər formalaşmış şərəfli vətəndaşdır. Küçələrdəki təmizlik, yol hərəkəti qaydalarına riayət əksər hallarda məlumat ötürən, yəni fəal vətəndaşların hesabına təmin edilir.

Qərbdə cəmiyyətin rifahına xidmət edən istənilən hərəkət mükafatlandırılmalıdır. Əgər filmlərə inansaq, polisin axtardığı cinayətkarları ələ verən şəxslər daha tez-tez mükafat alırlar.
Bu kontekstdə ABŞ-da terrorçu Unabomberin əhvalatı daha məşhurdur. Onu yalnız başına 300 min dollar mükafat təyin edildikdən sonra ələ keçirmək mümkün olub. Əsl Habil və Qabil qardaşlarının əhvalatı təkrarlanıb. Unabomberi qardaşı satıb və bildirib ki, bunu havayı etməyi heç ağlından keçirmirmiş.

Bu sahədə ən böyük ödəniş isə 104 milyon dollar olub və vergi sahəsinə aiddir: ABŞ federal hökuməti bu mükafatı İsveçrənin UBS bankının əməkdaşına verib. Həmin əməkdaş varlı amerikalıların vergidən yayınması sxemlərini göstərib.

ABŞ-da məlumat ötürənlərin müdafiəsi barədə ilk hüquqi sənəd 1778-ci il iyulun 30-da qəbul edilib. Sənədin adı "Məlumat ötürənlərin müdafiəsi aktı"dır (Whistleblower Protection Act).

Məlumat verənlərin müdafiəsi barədə qanunlar ABŞ tarixində iz qoymuş hadisələrdən asılı olaraq təkmilləşiblər.

Vergilər nazirliyi - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vergilər Nazirliyi 24 min sahibkarın vergi borcunu silib
 Ölkənin yeni tarixində 2007-2009-cu illər böhranı 2011-ci il iyulun 11-də geniş məlumat verənlər şəbəkəsinin yaradılmasını nəzərdə tutan "Wall Street Reform and Consumer Protection Act" qanununun qəbulu ilə nəticələndi. Bu akta Dodd-Frank qanunu da deyirlər.

Ortaya sual çıxır: Qərb stanbdartları Azərbaycanda tətbiq oluna bilərmi və məlumat verən bizdə "işverən" sayılacaq, yoxsa fəal vətəndaş?

Bu gün birmənalı cavab vermək çətindir. Bu, məlumat verənin nə dərəcədə qorunacağından və ona ödənilən məbləğdən də asılı olacaq. ABŞ-da Dodd-Frank qanununa görə ödəniş "xilas edilən" məbləğin 10-30%-i qədərdir.

Yalnız məlumat verənlərin yeni mükafatlandırma sistemini yaratmaqla iş bitmir. Onların müdafiəsi sistemi yaradılmalıdır ki, barəsində məlumat verilənlər "qisas" ala bilməsinlər. ABŞ-da bu müdafiə prosesi 18-ci əsrdən başlayıb və günümüzədək təkmilləşdirilir.

Hətta firavan ABŞ-da hüquq-mühafizə və vergi orqanları qeyd edirlər ki, ölkədə sosial vəziyyətin pisləşməsi məlumat verənlərin kəskin şəkildə artmasına gətirib çıxarır və bəziləri üçün bu daimi maliyyə mənbəyinə çevrilir. Bununla bağlı gözləmək olar ki, hazırkı çətin iqtisadi şəraitdə Azərbaycanda "Pavlik Morozov"ların sayı artacaq, qərb standartları isə KİV-də ideallaşdırılacaq.

Xəbər lenti
0