Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Vergi ödəyicilərinin nəzərinə!

© Sputnik / Murad OrujovMaliyyə hesabatı
Maliyyə hesabatı - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyevin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamına əsasən vergi ödəyiciləri nələri bilməlidirlər?

BAKI, 5 avq-Sputnik. Prezident İlham Əliyev ""2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamda bu ilin sonunadək vergi sahəsində baş verəcək bir sıra mühüm yeniliklər əksini tapıb.

Ekspert Rəşad Əliyev sərəncamla bağlı məsələləri şərh edib. O, sərəncamla təsdiq edilmiş "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri" haqda əsas dəyişiklikləri belə sıralayıb:

1. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əlavə dəyər vergisi üzrə vergi ticarət əlavəsindən tutulacaq;

2. Topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi (vergiqoymalarda fərqin olacağı istisna edilmir);

3. "Tax free" sisteminin hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiq olunması;

4. Beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların (işlərin, xidmətlərin) siyahısı və həmin mallar (işlər, xidmətlər) üzrə əlavə dəyər vergisinin dərəcələrinin müəyyən edilməsi;

5. Kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra ancaq 30 gün müddətində aparıla bilər;

6. Vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda elektron qaimə-faktura sisteminin tətbiqi.

7. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin əhatə dairəsini dəqiq müəyyənləşdirmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlərin müəyyən edilməsi.

Xəbər lenti
0