Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya çempionatına gedəcək gənclərin adları açıqlandı

© Photo : AZERBAIJAN WRESTLING FEDERATIONSərbəst güləş üzrə gənclər arasında respublika çempionatı
Sərbəst güləş üzrə gənclər arasında respublika çempionatı - Sputnik Azərbaycan
Abunə olmaq
30 avqust - 4 sentyabr 2016-cı il tarixdə Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçiriləcək.

BAKI, 26 avq-Sputnik. 30 avqust — 4 sentyabr 2016-cı il tarixdə Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçiriləcək. Çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edəcək.

Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumatına görə, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi Ziyad Zeynalov (50 kq), Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq), İslambek Dadov (66 kq), Zubair Dibirov (74 kq), İslam Abbasov (84 kq), Nizami Şəmilob (96 kq) və Həmzətxan İsrafilov (120 kq) təmsil edəcək.

Gənc qızların yarışında 4 güləşçimiz mübarizə aparacaq. Heyətdə Gülcahan Hacıyeva (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) yer alıb. Qızlarımız sentyabrın 1-2-də yarışacaq.

Yarışmanın son iki günündə mübarizəyə qoşulacaq sərbəst güləşçilərimizə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyev rəhbərlik edəcək. Heyətdə Əliabbas Rzazadə (50 kq), Əfqan Xaşalov (55 kq), Mahir Əmiraslanov (60 kq), Orxan Abbasov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) yer alıb.

Xəbər lenti
0