"Olimpiadalarda istər mədəni, istər siyasi baxımdan müxtəlif hadisələr baş verir. Azərbaycan 20 ildir Olimpiya oyunlarında fəal iştirak edir. Ötən 20 il ərzində Azərbaycan idmanı çox inkişaf edib və bu gün o inkişafı görürük. Azərbaycan idmançıları rekord nəticə göstərərək 18 medalla vətənə geri dönüblər. Bu, bizim uğurumuzdur".
Sputnik xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirdiyi mətbuat konfransında söyləyib.