BAKI, 26 avq — Sputnik. Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
Monakoda keçirilən püşkatma nəticəsində Azərbaycanın “Qarabağ” və “Qəbələ” klublarının da rəqibləri bəlli olub.
Beləliklə, 48 komanda 12 qrupa bölünüb.
C qrupunda yarışacaq "Qəbələ"nin rəqibləri "Anderlext" (Belçika), "Sent-Etyen" (Fransa), "Maynz-05" (Almaniya) olacaqlar.
"Qarabağ" J qrupunda "Fiorentina" (İtaliya), PAOK (Yunanıstan), Slovan (Slovakiya) ilə yarışacaq.
Qeyd edək ki, Avroliqada qrup mərhələsinin oyunları sentyabrın 15-i və 29-u, oktyabrın 20-si, noyabrın 3-ü və 24-ü və dekabrın 8-də keçiriləcək.