Dünyada ilk dəfə sürücüsüz taksilər fəaliyyətə başladı

© REUTERS / Edgar SuSürücüsüz taksi nuTonomy
Sürücüsüz taksi nuTonomy - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik 6 ədəd elektrikli avtomobillə başlayan taksi xidməti şirkət tərəfindən bir müddət pulsuz olacaq

BAKI, 26 avq — Sputnik. Dünyada ilk dəfə sürücüsüz taksilər Sinqapurda fəaliyyətə başlayıb. Sputnik milliyet-ə istinadən xəbər verir ki, bir müddət pulsuz olacaq taksilərin sayının qısa bir zamanda artması gözlənilir.

Mübariz Abbasov, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri - Sputnik Azərbaycan
Paytaxtdakı taksi və avtobuslarla bağlı monitorinq aparılacaq

Sinqapurun "NuTonomy" şirkəti tərəfindən "Google", "Volvo" və "Uber" kimi təşkilatlardan belə, əvvəl başladılan sürücüsüz taksi xidməti böyük əks-səda yaradıb. Hələlik 6 ədəd elektrikli avtomobillə başlayan taksi xidməti şirkət tərəfindən bir müddət pulsuz olacaq.

Firma ilin sonuna kimi avtomobillərin sayını 12-yə çatdırmağı planlaşdırır. "NuTonomy" şirkəti bu fəaliyyəti 2018-ci ildə genişləndirəcəyi təqdirdə, ölkədə tıxac probleminin həllinə dəstək verəcəyi, beləliklə, bəzi nəqliyyat vasitələrin yola çıxmasına da ehtiyac qalmayacağı deyilib. Avtomobillərdə obyektləri və yolun vəziyyətini davamlı müşahidə edən iki ədəd kamera mövcuddur.

"NuTonomy" şirkəti 2013-cü ildə qurulub və burada yalnız 50 nəfər çalışır. Şirkətin təsisçiləri Karl Iagnemma və Emilio Frazzolidir. Onlar ABŞ-ın Massaçusetts Texnologiya Universitetinin araşdırmacılarıdır. Onlar eyni zamanda, robotlar və ABŞ-ın Müdafiə Nazirliyi üçün sürücüsüz vasitələrin inkişaf etdirilməsi ilə əlaqədar çalışmalar həyata keçirirlər.

Xəbər lenti
0