BAKI, 15 avq — Sputnik. Bakı Nəqliyyat Agentliyi taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparacaq. Sputnik xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.
O deyib ki, monitorinqin məqsədi taksi-minik avtomobilləri və avtobusların standartlara cavab verib-verməməsini müəyyənləşdirməkdir: "Bakıda və Abşeronda 16 mindən artıq taksi-minik avtomobili, 2300-dən çox orta və iritutumlu avtobus var. Bakı şəhərinin inzibati ərazisində daşıma fəaliyyəti həyata keçirən 53 hüquqi və fiziki şəxsə məxsus nəqliyyat vasitələrində, istehsalat bazalarında monitorinq aparılacaq. Nəqliyyat vasitələrinin istismara yararlı olub-olmaması vacibdir".
M. Abbasov monitorinqlərin nəticələri barədə ictimaiyyətin məlumatlanıdırılacağını da bildirib.