Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı idmançı dopinq iddiasını rədd edir

© AFP 2024 / JUNG YEON-JEAzərbaycan millisinin sabiq baş məşqçisi, ikiqat dünya və Avropa çempionu Nizami Paşayev
Azərbaycan millisinin sabiq baş məşqçisi, ikiqat dünya və Avropa çempionu Nizami Paşayev - Sputnik Azərbaycan
Abunə olmaq
Nizami Paşayev: "Tək məni deyil, onlarla olimpiya çempionunun dopinqə salıblar"

BAKI, 24 avq — Sputnik. "Qanımda dopinq aşkarlanması ilə bağlı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının qərarı barədə məlumatım yoxdur. İlk dəfə sizdən eşidirəm. Əgər elədirsə, 5-ci yeri əlimdən alacaqlar".

Bunu Sputnik-ə açıqlamasında ağırlıqqaldırma üzrə ikiqat dünya və Avropa çempionu Nizami Paşayev deyib. O, barəsindəki qərarla razılaşmadığını deyib: "Mən dopinq tərkibli heç nə qəbul etməmişəm. Lakin bu, IWF-in qərarını dəyişəcək deyil".

"Tək məni deyil, onlarla olimpiya çempionunun dopinqə salıblar. Odur ki, əlavə nəsə demək fikrim yoxdur", — çempion bildirib.

Qeyd edək ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən idmançıların adlarını açıqlayıb. BU siyahıda idmançımız ikiqat dünya və Avropa çempionu Nizami Paşayevdir. Avropa çempionu Nİzami Paşayev 3 preparat — Dehidroxlormetiltestosteron, Oksandrolon və Stanozolol preparatları aşkarlanıb.

Xəbər lenti
0