Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Onların ən çox nifrət etdikləri şüar - Öncə Vətən!

© AP Photo / AP PhotoİŞİD-in edamı
İŞİD-in edamı - Sputnik Azərbaycan
Abunə olmaq
Təkfirçiləri anladıq. Şiə müctəhidlərinin öz məzhəb qardaşlarının ölümünə bu dərəcədə seyrçi qalmasına nə ad verək? Faktdır ki, Qarabağdakı müsəlman qadınlarının qeyri-müsəlman işğalçıların girovunda qalması çox az adamı maraqlandırır.

BAKI, 25 may — Sputnik. MDB məkanında yaşayan insanların terrorçu təşkilatlara qoşulmasının səbəbi nədir? Bu sual çoxlarını düşündürür. Yaxın Şərqdəki proseslərə bəzi Azərbaycan vətəndaşlarının da cəlb olunması anlaşılan deyil. Suriyada, İraqda, uzaq-uzaq ölkələrdə savaşan, ölən, öldürən Azərbaycan vətəndaşları bir addımlıqlarında olan Qarabağda savaşmaq belə, istəmirlər.

İŞİD - Sputnik Azərbaycan
TƏHLİL
İŞİD-i cəlbedici edən nədir?

İŞİD tərkibində vuruşanlar üçün Qarabağda savaşmaq cihad deyil. Onlar belə hesab edirlər ki, vətən uğrunda ölməklə şəhidlik məqamına yüksəlmək olmaz. Yaxın Şərqdə savaşan xəvaric və təkfirçi qrupları anlamaq olur. Onlar "vətəni sevmək imandandır" hədisini yalan hesab edirlər. Onlar üçün dünyəvi Azərbaycan vətən deyil.

Onlar belə hesab edirlər ki, Azərbaycan müsəlman ölkəsi deyil, vətən deyil, vətəni sevmək kimi bir dini çağırış da səslənməyib, odur ki, bu ölkədən hicrət edib, islam ölkələrində cihad etmək və şəhid olmaq lazımdır. Onların fikrincə, şərab satılan Qarabağda müsəlmanların qətlinə göz yummaq olar.

Bu qorxulu düşüncə minlərlə insanı düşüncəsiz robotlara çevirib. Onların ən çox nifrət etdikləri şüar "öncə Vətən" çağırışlarıdır. Odur ki, Suriyada baş kəsən Azərbaycan vətəndaşı olan təkfirçilər doğma torpaqlarında savaşmaq istəmirlər.

Lakin Azərbaycan əhalisinin mühüm hissəsini təşkil edən şiələrin alimlərindən də səs çıxmır. Onların nə cihad çağırışları eşidilir, nə də dünya şiələrini Qarabağı azad etməyə çağırırlar. Bəziləri hesab edirlər ki, Qarabağda cihad etmək üçün heç bir əsas yoxdur.

Ümumiyyətlə, cihad elan edilməsinə hazırda islam alimlərinin özlərinin də münasibəti birmənalı deyil. Hər özünü "İslam alimi" elan edən təkfirçi cihad elan edə bilməz. Odur ki, bu gün uzaq bir ölkədə oturan, kimliyi bəlli olmayan bir "təkfirçi alimin" çağırışına yüzlərlə Azərbaycan gəncinin qoşulmasının nə dini hökmlərə, nə də cihada heç bir bağlılığı yoxdur.

İslamda hərbi cihadın müxtəlif növləri var ki, bunlardan ən mühümləri ümumi cihad və xüsusi cihad adlanır. Xüsusi cihadda (biz düşmənə hücum edəndə) fətva lazımdır, ümumi cihadda (düşmən bizə hücum edəndə) fətva lazım deyil. Düşmən hücum etdiyi andan avtomatik olaraq ümumi cihad başlayır və bunun elan olunması vacib deyil. İslamın bütün qollarında belədir.

Lakin "cihad" anlayışına İslam məzhəblərinin fərqli baxışları mövcuddur. Odur ki, bu məsələnin müzakirəsinin özü də gərginlik yarada bilər. Məsələ kimin haqlı, kimin haqsız olduğunda da deyil. Lakin dini siyasi alverə çevirmək istəməyən istənilən ilahiyyatçı təsdiqləyə bilər ki, bu gün Suriyadan, İraqdan səslənən cihad çağırışının heç bir dini əsası yoxdur. Azərbaycanlıları bu ölkələrə çağırıb, ölümə göndərmək də dinə söykənmir. Azərbaycanlıların özlərinin torpaqları işğal edilib.

mitinq - Sputnik Azərbaycan
TƏHLİL
Azərbaycanda solçu ideyalar inkişaf edə bilərmi?

Lakin problem təkfirçilərlə bitmir. İraq, Suriya, Fələstinlə bağlı fətva verən şiə alimləri, müctəhidlər, mərcəyi-təqlidlər Qarabağda axıdılan müsəlman, şiə qanına bu qədər seyrçi qalırlar. Fələstin, Qəzza üçün göz yaşları axıdan Türkiyə hakimiyyəti "bir millət, iki dövlət" olan azərbaycanlı qardaşlarının ermənilər tərəfindən qətlinə bu qədər biganə yanaşır.

Əslində din, millət, məzhəb təəssübkeşliyi hamını Qarabağa axışmağa, bu müsəlman yurdu uğrunda savaşmağa vadar edir. Qarabağda yaşayan minlərlə müsəlman zorla torpaqlarından çıxarılıb. Hər gün Qarabağda Azərbaycan əsgərinin və dinc sakinlərinin qanı axıdılır. Lakin nə sələfi və digər təkfirçilər, nə şiə icmaları, nə də ki türk qardaşlarımız tərəfdarlarını Qarabağ savaşına çağırmağı ağıllarından belə, keçirmirlər.

Təkfirçiləri anladıq. Şiə müctəhidlərinin öz məzhəb qardaşlarının ölümünə bu dərəcədə seyrçi qalmasına nə ad verək? Görünən budur ki, Qarabağdakı müsəlman qadınlarının qeyri-müsəlman işğalçıların girovunda qalması çox az adamı maraqlandırır. Suriya və İraqda döyüşən təkfirçiləri uzaq ölkələrdə "cihad" adı altında terror, partlayışlar törədərək, dünyada müsəlmanları vəhşi kimi qələmə verməyi özlərinə rəva bilirlər, vətəni qorumağı isə şənlərinə sığışdırmırlar. Şiə alimləri də deyəsən ermənilərin xətrinə dəymək istəmir.

Azərbaycan insanı inanclıdır. Sadəcə olaraq, ruhani xadimlər xalqın dini maraqlarının təmin olunmasında önəmli rol oynaya bilmirlər və bunu istəmirlər. Çünki Azərbaycanın tanınmış ruhani xadimlərinin önəmli hissəsi xarici qüvvələrin nəzarətindədir.

Azərbaycan dindarının önəmli hissəsinin dini rəhbəri olan müctəhidlərdən, rəhbərlərdən Qarabağa dair mövqelərini nəzərdən keçirtməyi tələb etmək haqqı var. Azərbaycan insanının İŞİD-ə qoşulmasının isə nə dinə, nə də demokratiyaya dəxli var…

Xəbər lenti
0