Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Qarabağ geyimləri" Özbəkistanda

© Photo : mct.gov.azQarabağ geyimləri Özbəkistanın Kibray şəhərində nümayiş etdirilib
Qarabağ geyimləri Özbəkistanın Kibray şəhərində nümayiş etdirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Daşkənddə keçirilən "Moda sərgisi"ndə Azərbaycan guşəsi böyük marağa səbəb olub

BAKI, 22 avq — Sputnik. Özbəkistanın "Qonaqpərvərlik və İnformasiya xidməti" Qeyri-Hökumət Təşkilatı ölkənin müstəqilliyinin 25 illiyinə həsr edilmiş "Moda sərgisi" keçirib. Mədəniyyət və Turizm Naziliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, moda sərgisi çərçivəsində Kibray şəhər Mərkəzi klubunun həyətində "Ənənəvi Özbək incəsənəti, əl işləri" nümayiş etdirilib, milli təamlar qonaqlara təqdim edilib.

Özbəkistanda Qarabağ geyimlərinin daimi sərgisi açılıb - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Özbəkistanda Qarabağ geyimlərinin daimi sərgisi açılıb

Tədbirdə Özbəkistanda mədəniyyət sahəsində tanınmış şəxsləri, bu ölkədə fəaliyyət göstərən xarici ölkələrin mədəniyyət mərkəzləri, Kibray şəhərinin nümayəndələri, jurnalistlər iştirak ediblər. Keçirilən moda sərgisi çərçivəsində Özbəkistanın regionları üçün spesifik olan milli geyimlər nümayiş olunub. Əsasən Sırxandərya, Cızzax, Buxara, Fərqanə, Margilan və Daşkənd bölgələrinin geyimləri iştirakçıların alqışları ilə qarşılanıb. Nümayiş etdirilən geyimlər əsasən qədimi və milli üsluba aid geyimlər olub.

Azərbaycanı tədbirdə Daşkənddəki Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib. Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyasına aid olan "Qarabağ geyimləri" sərgidə böyük coşqu və maraqla qarşılanıb.

Eyni zamanda kolleksiyada əsasən Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları sərgilənib.

Xəbər lenti
0