BAKI, 19 avq — Sputnik. Azərbaycan taekvondoçusu Milad Beygi Harçeqani Braziliyada keçirilən Olimpiadada yarımfinalda iranlı Mehdi Xudabaxşi ilə qarşılaşıb.
Qarşılaşma Azərbaycan idmançısının qələbəsi ilə başa çatıb — 17:5.
Finalda Harçeqani Böyük Britaniya təmsilçisi Məhəmməd Lutalo ilə görüşəcək.