Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu gün Rio-da 6 idmançımız mübarizə aparacaq

© REUTERS / Andrew Boyers Rio-2016
Rio-2016 - Sputnik Azərbaycan
Abunə olmaq
İki taekvondoçu, üç sərbəst güləşçi, bədii gimnast və bir boksçumuzun yarışı gözlənilir

BAKI, 19 avq — Sputnik. Rio-de Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 6 idmançısı mübarizə aparacaq. Sputnik xəbər verir ki, bu gün 4 idman növündə idmançılarımızın çıxışları gözlənilir.

Rio Olimpiadası - Sputnik Azərbaycan
İDMAN
Rio-da liderlik uğrunda mübarizə davam edir

Taekvondoçu Milad Beigi Harçeqani ilk görüşünü Bakı vaxtilə 17:15-də keçirəcək. 80 kq. çəki dərəcəsində yer alan idmançımızın 1/16 final mərhələsində rəqibi Mali təmsilçisi İsmael Kulibali olacaq.

Saat 17:20-də bədii gimnast Marina Durunda fərdi çoxnövçülük üzrə təsnifat yarışına qatılacaq. 26 idmançının yerinə yetirəcəyi 4 hərəkətin yekununda finalçılar müəyyənləşəcək. Həlledici mərhələ avqustun 20-də saat 22:20-də başlanacaq.

17:24-də iki sərbəst güləşçi ilk görüşünə çıxacaq. Saat 17:24-də dünya çempionu Hacı Əliyev 57 kq. çəkidə 1/8 final görüşünə çıxacaq. İdmançımızın ilk rəqibi cənubi koreyalı Yunsik Yun olacaq.

Saat 17:48-də isə sərbəst güləş üzrə ikiqat Avropa çempionu Cəbrayıl Həsənov (74 kq) kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə qarşılaşacaq. Təsəlliverici görüşlər saat 23:00-da, medal yarışları saat 24:00-da başlanacaq.

Taekvondoçumuz Fəridə Əzizova 67 kq. çəkidə ilk görüşünü 18:30-da keçirəcək. O, ABŞ təmsilçisi Peyc Makfersonla üz-üzə gələcək.

Saat 21:45-də boksçu Lorenso Sotomayor 64 kq. çəkidə yarımfinal qarşılaşmasına çıxacaq. Legionerimiz Almaniyanı təmsil edən erməni Artyom Harutunyanı ilə qarşılaşacaq.

Xəbər lenti
0