BAKI, 18 avq — Sputnik. Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçirilir.
“Qəbələ” klubu qrup mərhələsinə çıxmaq üçün Bakının “Dalğa Arena” stadionunda Sloveniyanın “Maribor” klubu ilə qarşılaşıb.
Roman Qriqorçukun yetirmələri bu oyunda rəqibə 3:1 hesabı ilə qələbə gəliblər.
Oyunda qolları Zenyov (Qəbələ), Dabo (Qəbələ) və Tavares (Maribor) vurublar. Dabo 2 dəfə fərqlənib.
Oyunu baş hakim Aleksey Kulbakov idarə edib.