Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kamran Şahsuvarlıdan bürünc medal

© REUTERS / Peter CziborraАзербайджанский боксер Камран Шахсуварлы
Азербайджанский боксер Камран Шахсуварлы - Sputnik Azərbaycan
Abunə olmaq
Şahsuvarlı Azərbaycanın "Rio-2016"da 9-cu medalını rəsmiləşdirib.

BAKI, 18 avq-Sputnik. Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı yarımfinal döyüşünə çıxıb.

Onun rəqibi kubalı dünya çempionu Arlen Lopes olub.

Görüş Lopesin üstünlüyü şəraitində keçib və o, hər 3 raundu qələbə ilə başa vurub.

Beləliklə, Şahsuvarlı Azərbaycanın "Rio-2016"da 9-cu medalını rəsmiləşdirib.

Buna qədər cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) və kanoeçi Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), eləcə də kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) və taekvondoçu Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Xəbər lenti
0