"FETÖ yerini PKK-ya buraxıb"

© REUTERS / Yiannis KourtoglouBinəli Yıldırım, Türkiyənin baş naziri
Binəli Yıldırım, Türkiyənin baş naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Binəli Yıldırım: "Elazığda baş verən terrorda 3 şəhid, 217 yaralı var"

BAKI, 18 avq — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım Elazığda baş verən terror hadisəsindən sonra həmin əraziyə gəlib. Sputnik milliyet-ə istinadla xəbər verir ki, Yıldırım hücum zamanı 3 polisin həlak olduğunu, 217 insanın yaralandığını söyləyib.

Türkiyənin baş naziri Binəli Yıldırım. Arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyə Baş nazirindən mühüm açıqlama

Baş nazir bugünkü rəsmi qəbulların hamısını ləğv edərək hadisə yerinə gəlib. O bildirib ki, 15 iyulda yaşanan müvəffəqiyyətsiz çevriliş təşəbbüsündən sonra FETÖ terror təşkilatı artıq gücünü itirib, vəzifəsini separatçı terror təşkilatına təhvil verib.

"Heç bir terror təşkilatı Türkiyə ilə bilək güləşinə girə bilməyəcək. Heç bir terror təşkilatı bu ölkəni təslim götürə bilməyəcək. Millətimizin hissiyyatını anlayırıq. Hamımızın canı yanır. Allahın izni ilə 79 milyon vətən övladının 15 iyulda göstərdiyi zadəgan duruş, istiqlal mübarizəsi bundan sonra da separatçı terror təşkilatını ölkə torpaqlarında yox edənə qədər davam edəcək", — B. Yıldırım qeyd edib.

Onun sözlərinə görə, bu xain təşkilatlar Türkiyənin gələcəyini qarartmağa çalışırlar: "Bunların ağıl müəllimləri var. 15 iyulda gördük ki, heç bir güc bu zadəgan milləti məğlub edə bilməz. Hər fərqli düşüncədən insanımız axın-axın meydanlara qaçdı. Bu gün də buradayıq. Hər fikirdən vatandaşlarımızla birlikdəyik. "Mövzu vətən, məmləkət olunca gerisi təfərrüatdır" anlayışı davam edəcək".

Baş nazir əlavə edib ki, terroru PKK və uzantıları həyata keçirib: "Bunu bilirik və lazım olan təhqiqatlar başlayıb. Elazığ bu hücum ilə yıxılacaq deyil".

Xəbər lenti
0