BAKI, 18 avq — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım Fətullah Gülən şəbəkəsinin çevriliş cəhdi ilə əlaqəli, aralarında polis, əsgər və məhkəmə mənsubları, icra hakimiyyətinin nümayəndələri və sıravi vətəndaşların olduğu 40029 nəfərin saxlanıldığını söyləyib.
Sputnik Trt-yə istinadən xəbər verir ki, hökumət başçısı dövlət televiziyasındakı özəl proqramda suallara cavab verərkən, 20 min 355 nəfərin artıq həbs edildiyini bildirib: "Dövlət qurumlarında 79 min 900 nəfər vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb, 5 min 14 nəfər isə işindən azad edilib".
İkinci bir çevriliş cəhdi ehtimalına qarşı lazım olan tədbirlərin alındığını vurğulayan Baş nazir deyib ki, bu terror təşkilatı ilə əlaqələri olanlar hələ tamamilə ortaya çıxmayıb və onlar hələ də təhlükə təşkil edirlər.