Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Olimpiadada 4-cü gümüş medal qazandıq

© AFP 2024 / Damien MEYERValentin Demyanenko
Valentin Demyanenko - Sputnik Azərbaycan
Abunə olmaq
Avarçəkənimiz Valentin Demyanenko ukraynalı idmançı Yuri Çebandan geri qalıb

BAKI, 18 avq — Sputnik. Rio-2016 Olimpiadasında avarçəkənimiz Valentin Demyanenko finalda mübarizə aparıb. Sputnik xəbər verir ki, start xəttinə ilk olaraq idmançımız Valentin Demyanenko çıxıb.

1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə sürətini yoxlayan idmançımız finalda Zaza Nadiradze (Gürcüstan), İsak Keyroş Dos Santos (Braziliya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), Li Qianq (Çin), Yuri Çeban (Ukrayna), Andrey Kraytor (Rusiya) və Tomas Simartla (Fransa) yarışıb.

Final mərhələsi ukraynalı idmançı Yuri Çebanın qələbəsi ilə başa çatıb. O, finiş xəttini yeni Olimpiya rekordu ilə (39,279) saniyəyə qət edib. Rəqibindən 0,214 saniyə geri qalan kanoeçimiz gümüş medalla kifayətlənib. İlk "üçlüyü" İsak Keyroş Dos Santos (Braziliya) tamamlayıb — 39,628 saniyə.

Xəbər lenti
0