BAKI, 17 avq — Sputnik. Rio-de-Janeyro Olimpiadasında çıxış edən Azərbaycanın qadın güləşçiləri turnirə uğurla başlayıblar.
Belə ki, 48 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik ilk görüşündə argentinalı Patrisiya Alehandro Bermudesə qalib gəlib — 10:0.
58 kq-da ölkəmizi təmsil edən Yuliya Ratkeviç isə ukraynalı Oksana Herheldən üstün olub — 7:5.
1/4 finalda Stadnik polşalı İvona Matkovska, Ratkeviç isə kolumbiyalı Jaklin Kastilyo Renterya ilə qarşılaşacaq.