Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Neftin qiyməti 50 dollar civarında stabilləşəcək

© Photo : Roseline OkereOPEC bayrağı və loqosu
OPEC bayrağı və loqosu - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, bazara siyasi müdaxilə olarsa, o zaman "qara qızıl"ın qiymətin aşağı düşməsi mümkündür

BAKI, 17 avq — Sputnik. Gələn ay keçiriləcək OPEC toplantısında istehsalın "dondurulma"sı ilə bağlı müzakirələrin aparılacağı iddiaları, neftin qiymətinin 45 dollar civarına qalxması ilə müşayət olunur. Sputnik bloomberght-ə istinadla xəbər verir ki, Rusiya ehtiyac olarsa, istehsalı müştərək bir şəkildə "dondurma" ilə bağlı danışıqlara açıq olduğunu söyləyib. Nigeriyanın neft naziri Emmanuel Kachikvu isə, OPEC üzvlərinin böyük ehtimalla istehsalı azaltmayacağını söyləyib.

Neft - Sputnik Azərbaycan
TƏHLİL
Neft ölkələri üçün fürsət

Neft ayın əvvəlindən bu yana təxminən 15 faiz dəyər qazanıb. OPEC və OPEC-ə üzv olmayan ölkələr arasında istehsalın "dondurulma"sı ilə bağlı razılığa gəlinmə məsələsi ilk dəfə fevral ayında gündəmə gəlib, ancaq aprel ayındakı danışıqlarda razılığa gəlinməyib.

Analitik David Lennox deyib ki, OPEC-in açıqlamaları bazarın diqqətini üzərinə çəkməyi bacardı, ancaq tarix heç bir şeyin olmayacağını işarə edir. Qərb Texas nefti (WTI) NYMEX bazarında 31 sent düşərək, barel başına 45.43 dollar geriləyib. Brent nefti London mərkəzli "ICE Futures Europe" bazarında 34 sent düşərək barel başına 48.01 dollara enib.

Rusiyanın enerji naziri Aleksandr Novak Rusiyanın Səudiyyə Ərəbistanı və digər istehsalçı ölkələrlə neft bazarına sabitlik gətirə bilmək məqsədiylə danışıqlar apardığını, lazım olduğu halda istehsalı "dondurmaq" üçün qapılarının hələ açıq olduğunu söyləyib. Novak neft bazarlarında sabitliyin ancaq 2017-ci ildə mümkün olacağını bildirib. O deyib ki, Səudiyyə Ərəbistanı ilə çoxtərəfli və ya ikitərəfli danışıqlar konkret bir şəkildə davam edir.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Qeyd edək ki, Beynəlxalq Enerji Forumu çərçivəsində OPEK-ə üzv olan və olmayan ölkələrin qeyri-rəsmi görüşünün 26-28 sentyabr tarixlərində Əlcəzairdə keçiriləcəyi gözlənilir.

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib ki, hasilatın "dondurulma"sı məsələsi xeyli vaxtdır ki, müzakirə olunur: "Amma çox təəssüf ki, tərəflər hasilatın "dondurulma"sı ilə bağlı razılığa gələ bilmir. Rusiya tərəfi hasilatın 2016-cı ilin yanvar ayı səviyyəsində "dondurulması" ilə bağlı təkliflər vermişdi. Sonradan bu təkliflər qəbul olunmadı. Çünki, Səudiyyə Ərəbistanı İranın da hasilatın "dondurulma"sı ilə bağlı təkliflərə baxmasını təkid edir. Amma İran hələlik hasilatın "dondurulması"nda maraqlı görünmür".

"Nəzərə alaq ki, OPEC-in daxilində, əsasən də Səudiyyə Ərəbistanı ilə İran arasında ziddiyyətlər var. Tərəflər əksər məsələlərdə razılığa gələ bilmirlər. Bu ziddiyyət ona gətirib çıxardır ki, OPEC razılıq əldə edə bilmir", — iqtisadçı qeyd edib.

Onun fikrincə, sentyabr ayında keçiriləcək görüşdə hansı nəticələrin əldə ediləcəyini, böyük ehtimalla görüşdən əvvəl formalaşan mühitə əsasən proqnozlaşdırmaq mümkün olacaq: "Çünki, OEPC-in hasilatın "dondurulma"sı ilə bağlı məsələlərə yanaşması çox kəskin şəkildə, tez-tez dəyişir. Bütövlükdə, OPEC-də yaranmış mühit hansı qərarın qəbul ediləcəyini proqnozlaşdırmağa imkan verəcək. Hələlik ziddiyyətlər var, bu, OPEC-in vahid qərar qəbul etməsinə imkan vermir. Əgər ziddiyyətlər xüsusilə İran ilə Səudiyyə Ərəbistanı arasındakı ziddiyyətlər sentyabr ayına qədər həll edilməzsə, o zaman yenə də ciddi bir razılığın əldə edilməsi imkanları xeyli məhdudlaşır".

Neftin qiymətlərinə gəlincə, ekspert deyib ki, hələlik müxtəlif proqnozlar var: "Neftin dünya bazar qiyməti ilin sonuna doğru 50 dollar intervalında stabilləşəcək. Yenə də neftin qiymətini proqnozlaşdırmaq praktiki olaraq mümkün deyil".

"Nəzərə alaq ki, burada yalnız iqtisadi deyil, siyasi faktorlar var. İnvestisiya azalıb, bu, hasilata təsir göstərir. Amma Səudiyyə Ərəbistanının hasilatındakı artımlar bazara daha çox neftin çıxarılmasına imkan yaradır", — V. Bayramov vurğulayıb.

Bununla belə, ekspertin sözlərinə görə, ABŞ-da şist neft hasil edən şirkətlərin də öz fəaliyyətlərini dayandırması faktları var: "Bu da bazara təsir göstərir. O baxımdan neftin qiymətinin 50 dollar intervalında stabilləşməsi gözlənilir. Amma bazara siyasi müdaxilə olarsa, o zaman qiymətin aşağı düşməsi mümkündür. İndiki halda tələb və təklifi nəzərə alsaq, qiymətin 50 dollar ətrafında stabilləşməsi real görünür".

Xəbər lenti
0