BAKI, 17 avq — Sputnik. Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2016-cı ildə Azərbaycan, Ermənistan, Serbiya və bir sıra digər dövlətlərə səfər edəcək. Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Qazaxıstan XİN rəhbəri Yerlan İdrisov deyib.
İdrisov Nazarbayevin 2016-cı ildə Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və İordaniyaya, sentyabrda isə Qırğızıstana səfər edəcəyini bildirib.
"Prezidentin beynəlxalq səfər proqramı çox genişdir. Payızda Polşa və Serbiyaya gedəcəyik. Sentyabrın əvvəllərində isə Çinə "Böyük İyirmilik"in" sammitinə dəvət olunmuşuq. Prezident həmçinin Yaponiya, Cənubi Koreya, Azərbaycan, Ermənistan, Səudiyyə Ərəbistanı və İordaniyaya səfər edəcək", — deyə Y.İdrisov bu gün keçirdiyi brifinqdə bildirib.