Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"O ermənini məğlub etməyi hamıdan çox özüm istəyirdim"

© Photo : United World WrestlingRəsul Çunayev. Arxiv şəkli
Rəsul Çunayev. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsul Çunayev: "Yalnız yarımfinal görüşündə nəsə səhvə yol verdim. Mən bura qızıl medal üçün gəlmişdim. Lakin təəssüflər olsun ki, bunu bacarmadım"

BAKI, 17 avq — Sputnik. Braziliyanın Rio-de Janeyro şəhərində Yay Olimpia oyunları davam edir. Dünən keçirilən güləş üzrə 66 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən idmançı Rəsul Çunayev bürünc medal qazanıb.

Расул Чунаев. Архивное фото - Sputnik Azərbaycan
İDMAN
Rəsul Çunayev Olimpiadada yarımfinalda məğlub oldu

"Mənə dəstək verən və verməyənlərə, hamısına minnətdarlığımı bildirirəm. Dəstək verməyənləri başa düşürəm, çünki erməni idmançıya uduzmuşam", — Çunayev Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinə açıqlamasında bildirib.

"Bir şeyi düşünmək lazımdır ki, hamıdan çox, mən özüm onu udmaq istəyirdim. Qismət olmadı. Buna baxmayaraq Vətən üçün bürünc medalı əldən vermədim", — idmançı bildirib.

O, uzun zamandan bəri 66 kq. çəki dərəcəsində çıxış etmədiyini diqqətə çatdırıb: "Olimpiadaya düşmək üçün 1 çəki aşağı dərəcədə mübarizə aparmalı oldum. Bunda, əlbəttə ki, çəki azaltmağım böyük rol oynadı. Rəqiblərim çətin idi, tanıdığım rəqiblər idi — olimpiya çempionu, dünya çempionu…".

"Qalib gəlmək üçün gərək ki, güclünü udasan. Yalnız yarımfinal görüşündə nəsə səhvə yol verdim. Mən bura qızıl medal üçün gəlmişdim. Lakin təəssüflər olsun ki, bunu bacarmadım", — Çunayev vurğulayıb.

Xəbər lenti
0