BAKI, 15 avq — Sputnik. Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən olimpiya oyunları zamanı daha bir idmançı silahlı basqına məruz qalıb. Sputnik İnforu-ya istinadən xəbər verir ki, üzgüçülük üzrə altıqat olimpiya çempionu, amerikalı Rayan Loxte və onun komanda yoldaşları Qunnar Bent, Cek Konger və Cammi Feygen silahlı hücuma məruz qalıblar. İdmançıların üzərilərindəki bütün qiymətli əşyalara oğrular tərəfindən götürülüb.
Qeyd edək ki, Rio-2016 Yay olimpia oyunları zamanı başqa idmançılar da müxtəlif zamanlarda silahlı hücumlara məruz qalıb və üzərilərində olan qiymətli əşyalar və pulları əllərindən alınıb.