Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Taekvondoçular Braziliyadadırlar

© AP Photo / Dmitry LovetskyBakı-2015 Avropa Oyunları çərçivəsində taekvondo yarışlarının yarımfinalında Culio Ferrera (Portuqaliya) və Milad Beyqi Harçeqaninin (Azərbaycan) döyüşü. Bakı, 18 iyun 2015-ci il
Bakı-2015 Avropa Oyunları çərçivəsində taekvondo yarışlarının yarımfinalında Culio Ferrera (Portuqaliya) və Milad Beyqi Harçeqaninin (Azərbaycan) döyüşü. Bakı, 18 iyun 2015-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Rio-2016 Yay Olimpiadasının taekvondo yarışları avqustun 17-20-də keçiriləcək. Olimpiadada ölkəmiz ilk dəfə olaraq dörd idmançı - iki kişi və iki qadın taekvondoçu ilə təmsil ediləcək.

BAKI, 13 avq — Sputnik. XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında Azərbaycanı təmsil edəcək idmançılar və məşqçilər Braziliyaya yola düşüb. İdmançılar Fəridə Əzizova (67 kq), Milad Beigi Hərçəqani (80 kq) və Radik İsayev (80 kiloqramdan yuxarı) medal üçün mübarizə aparmaq üçün yarışın keçiriləcəyi Rio şəhərinə yola salınıblar.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, digər qadın təmsilçimiz Patimat Abakarova (49 kq) və qadınlardan ibarət yığma komandanın baş məşqçisi Sun Mi Park Braziliyaya bir gün əvvəl yola düşüblər.

Qeyd edək ki, Rio-2016 Yay Olimpiadasının taekvondo yarışları avqustun 17-20-də keçiriləcək. Olimpiadada ölkəmiz ilk dəfə olaraq dörd idmançı — iki kişi və iki qadın taekvondoçu ilə təmsil ediləcək. Olimpiya Oyunlarında kişi idmançılarımızdan Milad Beigi Hərçəqani və Radik İsayev, qadın taekvondoçularımızdan isə Fəridə Əzizova ilə Patimat Abakarova qalib adı uğrunda mübarizə aparacaqlar.

Xəbər lenti
0