BAKI, 11 avq-Sputnik. Azərbaycanı 2016-cı il Rio-de-Janeyro XXXI Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov finalda çexiyalı rəqibi Lukas Krpalekə məğlub oldu. Bununla da o, Rio-2016-nın gümüş medalını qazanıb. Rəqibi Elmar Qasımova ipponla qalib gəlib.
Sputnik-in məlumatına görə, o, yarımfinalda ukraynalı Artyom Bloşenko ilə qarşılaşıb və rəqibinə ipponla qalib gəlib.
1/4 finalda o misirli Ramazan Dərvişə qalib gəlib.
Daha öncəki mərhələlərdə Qasımov əlcəzairli Lues Bouyaqub və rusiyalı Tahir Haybullayev üzərində qələbə qazanıb.