Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Braziliyada rus idmançını soydular

Abunə olmaq
Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən Rio-2016 Yay Olimpia oyunlarında daha bir idmançı şəhər oğrularının hədəfinə tuş gəlib.

BAKI, 11 avq-Sputnik. Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən Rio-2016 Yay Olimpia oyunlarında daha bir idmançı şəhər oğrularının hədəfinə tuş gəlib.

Sputnik-in məlumatına görə, rusiyali idmançı Yevgeni Korotışkin iki nəfər tərəfindən basqına məruz qalıb.

3 qat dünya, 7 qat Avropa çempionu silahlı şəxslər tərəfindən qarət olunub. İdmançı onu Braziliyaya yollanmağa da peşman edən hadisə barədə instagram səhifəsində məlumat yayıb.

Üzgücü bildirib ki, İpanema çimərliyi yaxınlığındakı "Astor" restoranına yollanarkən yolda qarətçilərlə üzləşib. O bildirib ki cibində olanların hamısını verməsi sayəsində hadisə yerindən sağ-salamat ayrıla bilib.

Xəbər lenti
0