BAKI, 11 avq — Sputnik. Azərbaycanlı cüdoçu Elmar Qasımov Braziliyada keçirilən Yay Olimpiya oyunlarının yarımfinalına vəsiqə qazanıb.
1/4 finalda o misirli Ramazan Dərvişə qalib gəlib.
Daha öncəki mərhələlərdə Qasımov əlcəzairli Lues Bouyaquba və rusiyalı Tahir Haybullayevə qalib gəlib.
Yarımfinalda Qasımov ukraynalı Artyom Bloşenko ilə qarşılaşacaq.