Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şahmat üzrə Azərbaycan komandalarının kapitanları müəyyənləşdi

© Photo : www.bakuchessolympiad.comСотрудники оргкомитета Бакинской шахматной олимпиады. Архивное фото
Сотрудники оргкомитета Бакинской шахматной олимпиады. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Kişi şahmatçılardan ibarət əsas millidə kapitan Aleksey Dreyev olacaq. Rusiya yığmasının heyətində üç dəfə olimpiya çempionu olan Dreyev iki dəfə komandalar arasında dünya çempionatının qalibi adını qazanıb.

BAKI, 11 avq — Sputnik. Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan komandalarının kapitanları müəyyənləşib.

Kişi şahmatçılardan ibarət əsas millidə kapitan Aleksey Dreyev olacaq. Rusiya yığmasının heyətində (1992,1994 və 1996-cı illər) üç dəfə olimpiya çempionu olan Dreyev 1997 və 2005-ci illərdə komandalar arasında dünya çempionatının qalibi adını qazanıb.

Əslən Bakıdan olan İsrail şahmatçısı Emil Sutovski və Azər Mirzəyev müvafiq olaraq kişi şahmatçılardan ibarət ikinci və üçüncü komandalara kapitan təyin olunub. 

Qadınların əsas komandasına Fikrət Sideifzadə rəhbərlik edəcək. Sərxan Quliyevlə Rəsul İbrahimov ikinci və üçüncü yığmalarda çalışacaq. 

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, hazırda əsas yığma komandalar Qəbələdə son hazırlıq mərhələsində iştirak edir. 

Xəbər lenti
0