Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin Türkiyədən nəyi xahiş edib?

© REUTERS / Umit BektasМевлют Чавушоглу, глава МИД Турции
Мевлют Чавушоглу, глава МИД Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu Putinlə Ərdoğanın danışıqlarının detallarını açıqladı.

BAKI, 11 avq-Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gündəmlə bağlı sualları cavablandırıb.

Sputnik "Milliyet"-ə istinadla xəbər verir ki, Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin iki ölkə arasındakı əlaqələri təyyarənin vurulmasından əvvəlki səviyyəyə çatdırmaq və daha da inkişaf etdirmək qərarına gəldiklərini söyləyib.

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüş zamanı. Sankt-Peterburq, 9 avqust 2016-cı il - Sputnik Azərbaycan
RUSİYA
Rusiya prezidenti: "Qarşılıqlı hörmət məntiqi üstünlük qazandı"
Çavuşoğlu prezidentlərin razılığa gəldiyi məsələləri açıqlayarkən deyib: "Birinci konkret addım budur ki, Suriya məsələsində daha əvvəl aramızda müxtəlif mexanizmlər var idi — hərbi, xarici işlər nazirlikləri və kəşfiyyat arasında. İndi üçlü bir mexanizm qururuq. Hərbi, kəşfiyyat və xarici işlər nazirliyindən nümayəndələr Sankt-Peterburqa gedib həmkarları ilə görüşəcəklər. Sonra bunu daha yüksək səviyyəli, xarici işlər nazirlərinin da qatıldığı səviyyədə reallaşdıracağıq".

Putinin xahişi

Çavuşoğlu iki ölkə arasındakı ticarət həcmini 100 milyard dollara çatdırmağı hədəflədiklərini ifadə edərək bildirib:

"Putin, xüsusilə Türkiyə məhsullarının önündəki maneələri qaldıracağını söylədi. Yalnız bizdən bir xahişi oldu. Rusiyanın hazırda sanksiya tətbiq etdiyi ölkələrin məhsullarının Türkiyə üzərindən keçməməsi üçün tədbirlər görməyimizi istədi. Biz onsuz da buna icazə vermərik".

Çavuşoğlu Rusiyanın Türkiyədən çox açıq şəkildə Suriyada haraların vurulmasının lazım olduğu barədə məlumat istədiyini bildirib: "Vətəndaşların harada yaşadığı, mülayim müxalifətin hansı ərazilərdə olduğu barədə məlumatları da onlarla paylaşacağıq. Ortada bir İŞİD terror təşkilatı var. Əvvəl bunu hədəfə alacağıq".

Qərb Türkiyəni hədələyir

Çavuşoğlu Türkiyə və Rusiyanın müdafiə sənayesi sahəsində əməkdaşlığı artırmaq qərarı ilə bağlı deyib ki, Türkiyənin NATO üzvü kimi öhdəliklərinin olduğunu nəzərə alırlar:

Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşü. 9 avqust 2016-cı il - Sputnik Azərbaycan
Ərdoğan: "Biz münasibətləri ən yüksək səviyyəyə qaldıracağıq"
 "Öz müdafiə sistemimizi qurmaq lazımdır və öz texnologiyamızı başqa ölkələrlə əməkdaşlıq edərək inkişaf etdirmək lazımdır. O zaman da sən (Qərb) bunları etmirsən. Müttəfiq olaraq NATO içində birlikdə çalışırıq. Türkiyəyə başqa gözlə baxırlarsa, Türkiyə də başqa axtarışların içinə girmək məcburiyyətindədir. Mən bu texnologiyaları inkişaf etdirmək, öz təhlükəsizliyimizi təmin etmək, müdafiə sistemimizi qurmaq məcburiyyətindəyəm".

Çavuşoğlu Qərb dairələrinin Türkiyəni hədələdiyinə də diqqət çəkib: "Bir də görürsən bəyanat verirlər ki, Türkiyə ilə müzakirələri dayandırarıq, Türkiyəni Avropa İttifaqına götürmərik. Və ya düşünürlər ki, görəsən Türkiyəni NATO-dan çıxaraq? Buna bənzər axmaq təhdidlər gəlir."

Xəbər lenti
0