BAKI, 9 avq-Sputnik. "Biz münasibətləri ən yüksək səviyyəyə qaldırmaqda qərarlıyıq və bu sahədə iradəyə sahibik."
Sputnik-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiya həmkarı Vladimir Putinlə Sankt-Peterburq görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Siyasi, iqtisadi, mədəni və qlobal sahələrdə iki ölkənin münasibətlərini lazımi səviyyəyə çatdırmaq barədə razılaşma əldə etdik. Vizasız rejimin tam təşəkkülü istiqamətdə addımlar atacağıq. Müzakirə olunan digər məsələ "Akkuyu" Atom Elektrik Stansiyası layihəsinə strateji investisiya statusu verilməsidir. Bu sahədə danışılar aparılır və müvafiq qərar veriləcək. Həmçinin "Türk axını" layihəsini müzakirə etdik. Türkiyə Rusiyadan ildə 28 milyard kub/metr qaz alır. Bunun 18 milyard kub/metrini dövlət, qalanını özəl sektor alır. Türkiyə "Türk axını" lahiyəsinin reallaşmasında maraqlıdır. Biz Rusiya qazını "Türk axını" vasitəsilə Avropaya nəql etmək niyyətindəyik" — deyə Ərdoğan bildirib.
Prezidentlər mətbuat konfransında Suriya böhranının həlli yollarını müzakirə edəcəklərini bildiriblər.