Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya prezidenti: "Qarşılıqlı hörmət məntiqi üstünlük qazandı"

© REUTERS / Sergei KarpukhinRusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüş zamanı. Sankt-Peterburq, 9 avqust 2016-cı il
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüş zamanı. Sankt-Peterburq, 9 avqust 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
"Bugünkü görüş Rusiya-Türkiyə münasibətlərinin gələcəyi üçün çox böyük əhəmiyyət daşıyır".

BAKI, 9 avq-Sputnik. "Bugünkü görüş Rusiya-Türkiyə münasibətlərinin gələcəyi üçün çox böyük əhəmiyyət daşıyır".

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən mətbuat konfransında belə deyib.

O bildirib ki, Ərdoğanla beynəlxalq və ikili münasibətlərə dair konstruktiv danışıqlar olub:

"Münasibətlərimiz ötən il Rusiya təyyarəsinin vurulması ilə pisləşmişdi. Lakin münasibətlərimizin taleyinə dair qarşılıqlı hörmət məntiqi üstünlük qazandı. Türkiyənin çətin siyasi durumunda prezident Sankt-Peterburqa səfər etdi, bununla da, münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərdi. Münasibətlərin əvvəlki vəziyyətə çatdırılması üçün proses başlayıb."

Putin bunun üçün müəyyən vaxtın tələb olunduğunu qeyd edib:

Встреча президентов Турции и России Реджепа Тайипа Эрдогана и Владимира Путина. Москва, 9 августа 2016 года - Sputnik Azərbaycan
RUSİYA
Tarixi görüşdə liderlər önəmli açıqlamalar verdi
"Biz əlaqələrin əsas mexanizmləri istiqamətində işləmək üzrə razılaşdıq. Energetika, metallurgiya, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edildi. Rusiyalı turistlərin Türkiyəyə səfərlərinin bərpası ilə bağlı bu ilin iyununda qərar vermişik, lakin bunun üçün vaxt lazımdı. Türkiyə hökumətinin də bizim vətəndaşlarımızın maksimum təhlükəsizliyini təmin etməsi vacibdir. Biz belə bir təminat almışıq. Hava əlaqəsi iyunun sonunda bərpa olunub. Çarter aviareyslərinin bərpası texniki məsələdir və zaman tələb edir."

Terrorizmlə mübarizənin iki ölkənin münasibətlərinin əsasını təşkil etdiyini qeyd edən Putin "Münasibətlərin tam formatda bərpası üçün bütün imkanlar var. Rusiya buna hazırdır" — deyib.

Qeyd edək ki, prezidentlər bu mətbuat konfransından sonra Suriya böhranının həlli yollarını müzakirə edəcəklərini bildiriblər.

Xəbər lenti
0