Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı boksçu qalib gəldi

© REUTERS / Peter CziborraKamran Şahsuvarlı Çao Minqqana qarşı
Kamran Şahsuvarlı Çao Minqqana qarşı - Sputnik Azərbaycan
Abunə olmaq
Onun 1/8 finalda rəqibi Rusiyalı idmançı olacaq.

BAKI, 9 avq-Sputnik. Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı ilk döyüşünə çıxıb.

75 kq çəki dərəcəsində keçirilən görüşdə idmançımızın rəqibi çinli Çao Minqqanq olub. 

Görüş Şahsuvarlının qələbəsi ilə yekunlaşıb — 3:0.

Onun 1/8 finalda rəqibi rusiyalı Artyom Çebotaryov olacaq.

Döyüş avqustun 13-də saat 01:30-da başlayacaq.

Qeyd edək ki, daha öncə Azərbaycan boksçularından Teymur Məmmədov (81 kq) 1/8 finala, Abdulqadir Abdullayev (91 kq) isə 1/4 finala yüksəlib. Yalnız Rüfət Hüseynov (49 kq) ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.

Xəbər lenti
0