Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Yapon cüdoçular onun üçün psixoloji baryerdir

© REUTERS / Kai PfaffenbachРустам Оруджев – серебряный призер Олимпиады в Рио-де-Жанейро
Рустам Оруджев – серебряный призер Олимпиады в Рио-де-Жанейро - Sputnik Azərbaycan
Abunə olmaq
Cüdo Federasiyasının baş katibi Elmar Babanlı Rio-2016-da çıxış edən cüdoçulardan danışdı.

BAKI, 9 avq-Sputnik. Dünyanın möhtəşəm idman yarışı olan Rio-2016 olimpiadasında Azərbaycanı təmsil edən idmançımız Rüstəm Orucov 73 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək finala vəsiqə qazanıb. Finalda isə məğlub olaraq gümüş medal qazanan cüdoçu Azərbaycan komandasının hesabına ilk medalı yazdırıb.

Cüdo Federasiyasının baş katibi Elmar Babanlı final həyəcanı və yarış haqqında fikirlərini Sputnik-lə bölüşüb.

Baş katib bildirib ki, bu nəticəni gözləyirdilər:

"Rüstəmin güləşi yapon cüdoçular ilə alınmır, məncə bu onun üçün psixoloji baryerdir. Yoxsa finala qədər qalib gəldiyi son 2 rəqibləri də yapondan heç də zəif deyildilər. Məsələn, macar rəqibi Mikloş Unqvarini ilə 4 dəfə görüşüblər. Son 3 qarşılaşmada Rüstəm qalib ayrılıb. Və yarışda da idmançımız bir baş üstünlüklə çıxmışdı."

Elmar Babanlı qazanılan qələbədən sonra komandada yüksək əhval ruhiyyə hökm sürdüyünü söyləyib:

"Rio olimpiadasında cüdo yarışları sürpriz nəticələrlə boldur. Odur ki, qalan hər 3 cüdocumuzdan medal gözləməyə dəyər. Rüstəmin qələbəsi digər idmançılarımıza, məşqçilərimizə stimul verdi, qələbə əzmini artırdı."

Xəbər lenti
0