BAKI, 8 avq-Sputnik. Azərbaycanlı cüdo ustası Rüstəm Orucov israilli rəqibi Saqi Mukini məğlub edərək Rio-2016 Olimpiya Oyunlarının finalına yüksəlib.
Rüstəm Orucov yarımfinalda Sagi Mukiyə 1 yuka xalı ilə qalib gəlib.
25 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
O, qazaxıstanlı Didar Xamzanı cərimə xalları hesabına yenib. Növbəti mərhələdə isə rəqib Ceyk Bensted (Avstraliya) olub. Bu dəfə R.Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbə qazanıb.
Onun 1/4 finaldakı rəqibi Mikloş Unqvari (Macarıstan) olub. Orucov vazari xalı hesabına qalib gəlib.
Rüstəm Orucov finalda yaponiyalı rəqibi Ono Shohei ilə qarşılaşacaq.
R.Orucov finala yüksəlməklə ən az gümüş medalı təmin edib.