BAKI, 8 avq — Sputnik. Azərbaycan cüdoçusu Rüstəm Orucov Yay Olimpiya oyunlarının yarımfinalına yüksəlib.
Orucov 1/4 finalda Mikloş Unqvariyə qalib gəlib.
73 kq çəkidə çıxış edən cüdoçumuz 1/16 finalda qazaxıstanlı Didar Xamzaya, 1/8 finalda isə avstraliyalı Ceyk Benstedə qalib gəlib.
O yarımfinalda israilli Sagi Muki ilə qarşıalaşacaq.