BAKI, 8 avq — Sputnik. Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov 1/4 finala yüksəlib.
25 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
Orucov qazaxıstanlı Didar Xamzanı cərimə xalları hesabına məğlub edib. Növbəti mərhələdə isə rəqib Ceyk Bensted (Avstraliya) olub. Bu dəfə Orucov ipponla qələbə qazanıb.
Cüdoçumuzun 1/4 finaldakı rəqibi macar Mikloş Unqvari olacaq.