Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin qiyməti niyə düşür?

© AP Photo / TefkenBakı-Tbilisi-Ceyhan neft kəməri
Bakı-Tbilisi-Ceyhan neft kəməri - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Şaban: Təkcə ABŞ qiymətə OPEC-dən qat-qat effektiv təsir etmə gücünə malikdir. Quyuların işə salınması ilə ABŞ-da da hasilat artıb.

BAKI, 8 avq — Sputnik. Dünyada neftin qiyməti 42 dollara qədər enmişdi. Bu cari ilin 9 iyunundakı ən yüksək həddən təqribən 10 dollar aşağı idi. Hazırda neftin qiymətlərinin enməsi bazarda həddindən artıq təklifin tələbi üstələməsi faktoru ilə əlaqədardır.

Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neftin qiymətləri ilə bağlı Sputnik-ə açıqlamasında deyib. 

O, bildirib ki, digər tərəfdən bu, ilin birinci yarısının hesabatlarının açıqlanması ilə bağlıdır: “Neft hasilatçısı olan ölkələr əsasən Səudiyyə Ərəbistanı, Rusiya, İran, İraq, öz hasilatını bərpa edən Liviya, Nigeriya bunların hamısında neft hasilatının artımı ilə bağlı statistika ortaya çıxıb. Hasilat artırsa, bazarda ona elə də tələbat yoxdursa, bu, neftin qiymətinin düşməsinə gətirib çıxardır”. 

Нефтяные насосы. Архивное фото - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neftin 12% ucuzlaşması gözlənilir

Ekspert qeyd edib ki, yığılıb saxlanılan ehtiyatlar (tankerlərdə, qurudakı anbarlarda və s.) nə qədər tez satılsa, neftin qiymətinin yenidən 50 dollar civarına yaxınlaşması və onu ötməsi bir o qədər tezləşər. Ancaq bunu demək olmaz ki, bu, 1 ay, 2 ay müddətində olacaq və s. Yəni, bu, bazarın özünün dinamikasından asılıdır.    

O, deyib ki, ABŞ-ın neftin qiymət siyasətinə çox böyük təsiri var: “Təkcə ABŞ qiymətə OPEC-dən qat-qat effektiv təsir etmə gücünə malikdir. Bu baxımdan ABŞ-da may ayının 2-ci yarısından artıq yavaş-yavaş 2015-ci ilin ortasından bağlanmış quyuların işə salınması prosesi başlanıb. Quyuların işə salınması ilə ABŞ-da da hasilat artıb. Hasilatın artması ona gətirib çıxardır ki, ABŞ-a idxal yavaş-yavaş aşağı düşür, ABŞ bazarına yönələn neft həcmləri digər bazarlara üz tutur. Neft digər bazarlara yönələndə də təklif çoxalır, bu da qiymətin aşağı düşməsinə gətirib çıxardır”.

Ekspert bildirib: “Brent markalı neftin qiyməti 42 dollara düşdü, onda ABŞ bazarında Qərbi Texas markalı neft ilk dəfə olaraq 39 dollara qədər endi. Ancaq indi yenidən Brent markalı neftin bir barelinin qiyməti 44 dolları ötüb, Qərbi Texas markalı neftin qiyməti isə 42,50 dollardır. ABŞ-da həmin quyuların işləməsi üçün 40 dollar çox rentabellidir”. 

Neft - Sputnik Azərbaycan
Neftimiz 1 dollardan da çox ucuzlaşdı

“OPEC-in özünün daxilində bir rəqabət mövcuddur. Bunun başında da Səudiyyə Ərəbistanı, İran və İraq durur. Bunların hər birində hasilat artır. OPEC-in ümumi kvotaları 32 milyon barel olmalı idi, ancaq 34 milyon bareldən çox neft istehsal edirlər. Bunlar neftin qiymətinə təsir edir”- deyə o qeyd edib.

İqtisadçı-ekspert Azər Mehtiyev Sputnik-ə açıqlamasında bildirib ki, bir müddət neftin qiyməti 45-50 hətta 55 dollar arasında oynayırdı: “Sonradan qiymətlərin aşağı düşməsi meyli özünü göstərdi. ABŞ-da neft ehtiyatlarının həcminin artması, Nigeriyada və Liviyada neft hasilatının bərpa olunması, İranda neft hasilatının gedərək artması xəbərləri fonunda qiymətlərin azalması baş verib. Bundan başqa, neft bazarları üçün xarakterik olan mövsüm amili var və bununla bağlı olaraq maklerlər də bu bazarda müəyyən qədər qiymətlərlə manipulyasiya edirlər”. 

Prezident İlham Əliyev hərbçilərlə görüşdə çıxış edir - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İlham Əliyev: Neftin qiyməti bizim üçün əhəmiyyətsiz olacaq

Ekspert qeyd edib ki, indiki halda neftin qiymətinin bu səviyyədən bir qədər də aşağı enməsi hələ gözlənilmir: “Ancaq növbəti mərhələlərdə neftin qiyməti ilə bağlı vəziyyət işin gedişindən asılı olacaq. Çünki, artıq OPEC daxilində növbəti danışıqlara başlanmasından söhbət gedir. Yəni, onlar neft hasilatı həcmlərinin limitləşdirilməsi ilə bağlı müzakirələrə başlamaq niyyətindədirlər. Onlar hesab edirlər ki, əgər İran özünün əvvəldən dediyi səviyyəyə neft hasilatını çatırsa, bundan sonrakı mərhələdə hansısa razılaşmalar əldə etmək mümkündür”.

“Lakin eyni zamanda, Səudiyyə Ərəbistanı neft bazarında müəyyən dempinq əməliyyatlarına başlayıb. Bu da onu göstərir ki, hələ ki, bazarda gərginlik davam edir və qiymətlərin kəskin qalxmasını gözləməyə dəyməz”- deyə ekspert bildirib. 

Xəbər lenti
0