Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin 12% ucuzlaşması gözlənilir

© AFP 2024 / Mark RALSTONНефтяные насосы. Архивное фото
Нефтяные насосы. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya bazarında "Brent" markalı xam neftin qiymətinin 36-37,5 dollar/barel diapazonuna qədər azalması ehtimal edilir.

BAKI, 3 avq-Sputnik. Dünya bazarında "Brent" markalı xam neftin qiymətinin 36-37,5 dollar/barel diapazonuna qədər azalması ehtimal edilir.

Sputnik "Report"un analitik qrupuna istinadla xəbər verir ki, "Brent" markalı neftin barelinin qiyməti hazırda texniki dəstək səviyyəsi olan 42 dollara yaxındır. Bu qiymət investorlar üçün cəlbedici olmasa, "Brent"in növbəti dəstək səviyyəsi 36-37,5 dollar diapazonunda olacaq.

Qeyd edək ki, neft bazarında hazırda mövcud olan amillər qiymətlərin daha da aşağı düşəcəyini göstərir. Belə ki, ABŞ-da aktiv neftqazma quyularının sayının ardıcıl 5 həftə artması, Səudiyyə Ərəbistanının Asiya bazarlarında endirimli neft satmağa başlaması, İran, Liviya, İraqın neft hasilatı və ixracını artırması neftin qiymətinə mənfi təzyiq göstərir. İnvestorların bu gün ABŞ-da Energetika Nazirliyinin açıqlayacağı neft və neft məhsulları ehtiyatlarının həftəlik dəyişiklik göstəricilərini gördükdən sonra qiymətlərin istiqamətini müəyyən edəcəkləri gözlənilir.

Xatırladaq ki, dünən Amerika Neft İnstitutu həftəlik neft ehtiyatlarında baş verən dəyişiklikləri açıqlayıb. Hesabata görə, ABŞ-da neft ehtiyatları iyulun 22-29-da investorların proqnozlarına uyğun olaraq 1,34 mln. barel azalıb.

Hollandiyanın "ABN Amro" bankının energetika məsələləri üzrə baş iqtisadçısı Hans van Klif (Hans van Cleef) "Reuters" agentliyinə verdiyi açıqlamasında bildirib ki, neft bazarı təklif bolluğu ilə qarşılaşdığı üçün yaxın zamanlarda "ayı trendinin" (azalma) dəyişməsi imkanları çətin görünür.

Xəbər lenti
0