BAKI, 8 avq-Sputnik. Pakistanın Bəlucistan əyalətinin cənub-qərbində, Kvetta şəhərində xəstəxanada törədilən partlayış nəticəsində ölənlərin sayı 93-ə çatıb.
Sputnik-in məlumatına görə, bir qədər əvvəl 53 nəfərin öldüyü, 50 nəfərin yaralandığı haqda məlumat yayılmışdı.
Pakistanın səhiyyə nazirliyi yaralıların çoxunun vəziyyətinin ağır olduğunu, ölənlərin sayının artmasının gözlənildiyini bildirib.
Hələlik partlayışın kim tərəfindən törədildiyi aydınlaşmayıb.
Partlayış səhər saatlarında, xəstəxananın reanimasiya şöbəsində törədilib.
Partlayışdan sonra naməlum şəxslər atəş açıblar.
Hadisə yerində Pakistan təhlükəsizlik qüvvələri əməliyyat keçirib.