Hospitalda dəhşətli terror aktı törədilib

© REUTERS / Naseer Ahmed Pakistanın Kvetta şəhərində hospitalda partlayış törədilib
Pakistanın Kvetta şəhərində hospitalda partlayış törədilib - Sputnik Azərbaycan
Abunə olmaq
50 nəfərdən çox insan ölüb, onlarla insan xəsarət alıb.

BAKI, 8 avq — Sputnik. Pakistanın Kvetta şəhərində hospitaldakı partlayış nəticəsində 50 nəfərdən çox insan ölüb, onlarla insan xəsarət alıb.

Sputnik-in məlumatına görə, partlayış səhər saatlarında baş verib. Xəstəxanadan verilən məlumatda qeyd olunub ki, partlayış reanimasiya şöbəsində törədilib.

Partlayışdan sonra naməlum şəxslər atəş açıblar.

Hadisə yerində Pakistan təhlükəsizlik qüvvələri əməliyyat keçirib.

Xəbər lenti
0