CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Anası atasını öldürdü və onun həyatı dəyişdi

© AFP 2024 / ALBERTO PIZZOLIAmerikalı aktrisa Şarliz Teron
Amerikalı aktrisa Şarliz Teron - Sputnik Azərbaycan
Abunə olmaq
Hollivudun ən gözəl ulduzlarından biri olan Şarliz Teron bu gün 41 yaşını qeyd edir.

BAKI, 7 avq-Sputnik. Hollivudun ən gözəl ulduzlarından bir olan Şarliz Teron (Charlize Theron) 7 avqust 1975-ci ildə Cənubi Afrikanın Benoni şəhərində dünyaya göz açıb.

Aktrisa kasıb ailədə böyüyüb. Atası yol şirkətində fəhlə kimi çalışırdı. Teron uşaqlığının böyük bir hissəsini ailəsinin yaşadığı fermada keçirib. Orada yaşadığı vaxtlar ərzində o, bir neçə yerli dildə danışmağı öyrənir.

6 yaşı olarkən ailəsinin və yaşadığı fermanın sahiblərinin də maddi köməyi ilə balet öyrənməyə başlayır. Qısa bir müddətdən sonra balet təhsilini professionallaşdırmaq üçün Yohannesburq şəhərinə dəvət alır. Orada oxumağa başlayan Şarlizin 13 yaşı olanda bədbəxt hadisə baş verir. Valideynləri arasında baş verən münaqişə nəticəsində anası atasını qətlə yetirir. Əvvəlki həyatına qayıtmağa risk etməyən aktrisa anasını tək qoyaraq İtaliyaya gedir və orada modellik etməyə başlayır. Milanda bir agentliklə müqavilə imzaladıqdan sonra bir çox məşhur jurnalların üz qabığında rəsmləri çap olunur.

Bir il sonra 1992-ci ildə Nyu-York şəhərinə köçür. Bir daha heç vaxt modellik etməyəcəyinə söz verir və aktrisa olmağı qarşısına məqsəd qoyur. Nyu-Yorkda "Joffrey" adlı məktəbdə rəqs dərsləri alır. Bir çox balet tamaşalarında oynayır. Həmin illərdə onunçün bədbəxt hadisə baş verir. Dizindən ağır zədələnir. Bu zədə onun professinal rəqqas olma xəyallarının üstündən xətt çəkir. Daha sonra Hollivuda gedən aktrisa müxtəlif işlərdə çalışmağa başlayır.

Teron istedadının kəşf edilməsini 1994-cü ilə qədər gözləməli olur. Con Hart (John Hurt) və Rene Russo (Renee Russo) kimi aktyorların menecerliyini edən Con Krosbi (John Crosby) aktrisanın istedadını üzə çıxarır.

"Vadidə 2 gün" (2 Days in the Valley) filmindəki rolu aktrisa kimi ilk ciddi sınağı olur. Aktrisaya şöhrət gətirən film isə Kianu Rivs (Keane Reeves) və Al Paçino (Al Pacino) kimi aktyorların baş rollarında oynadığı 1997-ci il istehsalı "Şeytanın Vəkili" (The Devil's Advocate) filmindəki rolu olur. Filmdə Reavees`in həyat yoldaşını oynayan Teron filmin ən çox danışılan simalarından birinə çevrilir.

1998-ci ildə Woody Allen rejissorluğunu etdiyi "Məşhurluq" (Celebrity) filmində aktrisaya kiçik bir rolu həvalə edir. Bundan sonra Teron Bill Paxton ilə birlikdə "Qüdrətli Coy Yanq" (Mighty Joe Young) adlı filmdə baş rolları paylaşırlar. Hollivudun pillələrində hər gün zirvəyə bir az da qalxan aktrisa 1999-cı ildə "Astronavtın Arvadı" adlı trillerdə Conni Dep (Johnny Depp) ilə birlikdə çəkilir.

Aktyor Leonardo Di Kaprio. Arxiv şəkli - Sputnik Azərbaycan
Hollivud ulduzu da Urmiyə gölünün qurumasına etiraz etdi
Aktrisanın növbəti filmi "Şərabişinin Qanunları" (The Cider House Rules) olur. Filmdə gənc aktyor Tobi Maqure (Tobey Maguire) ilə birlikdə çəkilir. 2000-ci ildə artıq Şarliz Hollivudun ən tanınmış aktrisalarından birinə çevrilir. Həmin il o, bir neçə filmdə rol alır. Ben Afflekslə (Ben Afflecks) birlikdə "Azart oyunları" (Reindeer Games), Mark Vohulberq (Mark Wahlberg) və Jaquin Foeniks (Joaquin Phoenix) kimi aktyorlarla "Bağçalar" (The Yards), Robert De Niro ilə birlikdə "Şərəfli Adam" (Men of Honor) və Uill Smis (Will Smith), Mətt Demon (Matt Damon) kimi aktyorlarla "Baqqer Vansın Əfsanəsi" (Legend of Bagger Vance) filmində öz aktrisalıq qabiliyyətini sərgiləyir.

2001-ci ildə aktrisa 3 filmə çəkilir — "Əqrəbin Lənəti" (The Curse of the Jade Scorpion), "15 dəqiqə" (15 Minutes) və Şirin Noyabr (Sweet November). Danılmaz faktdır ki, Charlize Theron ona Oskarı qazandıran "Monster" filmindəki rolundan daha çox, "Şirin Noyabr" filmində canlandırdığı Sara Deever obrazı ilə tanınır. Film mükafat cəhətdən kasad olsa da, ən uğursuz filmlərə verilən "Razzie" mükafatına nominatlar arasında yer alsa da insanlar tərəfindən çox sevilir.

2003-cü il aktrisaya Oskarı qazandıran il oldu. Real hadisə əsasında ekranlaşdırılmış "Monster" filmində canlandırdığı fahişə qatil obrazı ona böyük uğur qazandırdı. Həmin il ən yaxşı aktrisa nominasiyasında o, Oskara layiq görüldü. "Monster" filmindən sonra da Teron bir çox filmlərdə rol aldı. Xüsusilə "Yol" (The Road), "Prometheus", "Hancock" filmlərindəki rolları daha çox yadda qalan oldu.

Xəbər lenti
0