Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Olimpiadada Azərbaycan idmançısı yarışı dayandırıb

© AFP 2024 / Pascal GUYOTRuslan Lunyov Rio-2016 Olimpiadasında 10 metr məsafəyə güllə atıcılığı üzrə yarış zamanı
Ruslan Lunyov Rio-2016 Olimpiadasında 10 metr məsafəyə güllə atıcılığı üzrə yarış zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə 577 xal toplayan təmsilçimiz sıralamada 15-ci olub.

BAKI, 6 avq-Sputnik. Rio-2016 Olimpiadasında 10 metr məsafəyə güllə atıcılığı üzrə yarış keçirilib. Yarışda 48 idmançı iştirak edib.

Azərbaycandan bu növ üzrə yarışda qadın iştirak etməyib. Start xəttinə bu növdə yeganə həmyerlimiz Ruslan Lunyov çıxıb.

Pnevmatik tapançadan dəqiqliyini yoxlayan idmançımız üçün təsnifat mərhələsi uğursuzluqla sona çatıb.

Ümumilikdə 577 xal toplayan təmsilçimiz sıralamada 15-ci olub.

Növbəti mərhələyə isə ilk 8 yerin sahibləri yüksəliblər.

Qeyd edək ki, Lunyov avqustun 12-də 25 m məsafəyə atəşaçma yarışında da iştirak edəcək.

Xəbər lenti
0