BAKI, 5 avq — Sputnik. Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında keçirilən mərasimdə Azərbaycan təmsilçiləri "Qarabağ" və "Qəbələ"nin rəqibləri müəyyənləşib.
"Qarabağ" Avroliqanın qrup mərhələsinə yüksəlmək üçün İsveçin "Höteborq", "Qəbələ" isə Sloveniyanın "Maribor" klubunu mübarizədən kənarlaşdırmalıdır.
Avropa Liqasının pley-off mərhələsinin oyunları 18 — 25 avqustda keçiriləcək.