BAKI, 4 avq-Sputnik. Rusiyanın cüdo üzrə komandası Rio-2016- olimpia oyunlarında iştirak edəcək.
Sputnik Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının qərarına əsasən Rusiyanı təmsil edən cüdo idman komandası Olimpiadada tam heyətlə iştirak etmək şansı əldə edib.
Rusiya yığması olimpiadada 11 idmançı ilə təmsil olunacaq. İdmançıların 7-si kişi, 4-ü qadın cüdoçudu.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi iyulun 24-də Rusiya yığmasının tamamilə Olimpiadadan kənarlaşdırılmasına qərar verib. Ayrı-ayrı növlər üzrə yığmaların iştirakı ilə bağlı qərar çıxarmaq müvafiq beynəlxalq federasiyalara tapşırılıb.