BAKI, 4 avq-Sputnik. Yay transfer pəncərəsində Portuqaliyanın "Tondela" klubuna transfer olunan Elnur Cəfərov orada çox oynaya bilməyib.
Heç bir ay keçməmiş, azərbaycanlı futbolçu klubundan qovulub. Cəfərov "Tondela"nın son yoxlama matçında da meydana çıxmayıb.
"Tondela" rəsmisi Viktor Ramos Portuqaliya mətbuatına açıqlamasında Elnur Cəfərovla yollarının ayrıldığını təsdiqləyib. O, bildirib ki, klub 3 futbolçu — Tomas George, Ruben Silvestre və Elnur Cəfərovla vidalaşmalı olub.
Klub rəsmisi Elnurun göndərilməsini səviyyəsindən aşağı çıxış etməsi ilə əlaqələndirib. O, digər iki futbolçunun maliyyə səbəbindən komandadan göndərildiyini vurğulayıb.
Xatırladaq ki, "Xəzər-Lənkəran"ın sabiq futbolçusu Elnur Cəfərovun "Tondela" klubuna transferi ötən ayın əvvəllərinə təsadüf edir.